[email protected] +994124498156 / +994552498156

Akademi Group Xaricdə Təhsil Mərkəzi Azərbaycanın iki şəhərində, Bakı və Gəncədə möhtəşəm təhsil sərgiləri təşkil edəcək.

02-03 aprel tarixlərində Bakıda Park inn Hotelində 20-dən çox Türkiyə universitetinin və yataqxanaların iştirakı ilə növbəti xüsusiləşmiş təhsil sərgisi təşkil olunacaq.
“Akademi Group” Təhsil Mərkəzi tərəfindən təşkil olunacaq sərgidə tələbələrə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat veriləcək, Türk universitetlərində pulsuz təhsil imkanları haqda da təqdimatlar keçiriləcək.
Əlavə olaraq, sərgi zamanı seminarların keçirilməsi də nəzərdə tutulur.
Xatırladaq ki sərgi saat 12:00-17:00 arası baş tutacaq.

Bundan qürurla əlavə qeyd etməliyik ki 5 aprel tarixində üçüncü dəfə olaraq Gəncədə Türkiyə universitetlərinin təhsil sərgisi təşkil olunacaq. Bu sərgi isə Ramada hotelində təşkil ediləcək. Həmin sərgidə Türkiyənin bir çox dövlət və vəqf universitetləri təmsil olunacaq. Hər iki sərgidə Türkiyə səfirliyinin və həmin ölkənin təhsil müşavirliyinin iştirakı da nəzərdə tutulur. Sərgiyə qeydiyyatdan keçmək üçün qeydiyyat formunu doldurun.

ONLINE QEYDİYYAT ÜÇÜN LÍNKE TIKLAYIN       

                     

DSC_5107DSC_5115
DSC_5195

DSC_5180 DSC_5226 DSC_5321DSC_5115DSC_5172

akademi_admin