[email protected] +994124934713 / +994552498156

Akademi Group Xaricdə Təhsil Mərkəzi Bakıda möhtəşəm təhsil sərgilərindən birini daha təşkil edəcək

14633098_1099358030152290_8093938586446592679_n

29-30 Oktyabr tarixlərində Bakıda Hilton Hotelində 20-dən çox Türkiyə universitetinin və yataqxanaların iştirakı ilə növbəti xüsusiləşmiş təhsil sərgisi təşkil olunacaq.
“Akademi Group” Təhsil Mərkəzi tərəfindən təşkil olunacaq sərgidə tələbələrə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat veriləcək, Türk universitetlərində pulsuz təhsil imkanları haqda da təqdimatlar keçiriləcək.
Əlavə olaraq, sərgi zamanı seminarların keçirilməsi də nəzərdə tutulur.
Sərgidə Türkiyə səfirliyinin və həmin ölkənin təhsil müşavirliyinin iştirakı da nəzərdə tutulur. Sərgiyə qeydiyyatdan keçmək üçün qeydiyyat formunu doldurun.
https://goo.gl/forms/YvFa35dr4aKRh7ss2
Xatırladaq ki, sərgilər saat 12:00-17:00 arası baş tutacaq.

Qeyd: sərgidə iştirak ödənişsizdir!

akademi_admin

Sualınız varsa zəng edin!
Ünvan