[email protected] +994124498156 / +994552498156

Polşa Universitetləri Təhsil Sərgisi

Azərbaycan Respublikası Təhsil Cəmiyyəti Akademi Group Xaricdə Təhsil Mərkəzinin sponsorluğu ilə Azərbaycanda ilk dəfə Polşa universitetlərinin təhsil sərgisini təşkil edəcək.
 
23-24 aprel tarixlərində Bakıda Hilton Hotelində Polşa universitetlərinin iştirakı ilə növbəti xüsusiləşmiş təhsil sərgisi təşkil olunacaq.
AR Təhsil Cəmiyyəti tərəfindən təşkil olunacaq sərgidə tələbələrə yüksək keyfiyyətli təhsil imkanı, yataqxanalar və digər məsələlər barədə ətraflı məlumat veriləcək, Türk universitetlərində pulsuz təhsil imkanları haqda da təqdimatlar keçiriləcək.
Əlavə olaraq, sərgi zamanı iştirakçılar arasında Polşada Yay Məktəbi üçün çəkiliş keçiriləcəkdir.
Sərgiyə qeydiyyatdan keçmək üçün qeydiyyat formunu doldurun.
Xatırladaq ki, sərgilər saat 12:00-17:00 arası baş tutacaq.
 

akademi_admin