[email protected] +994124498156 / +994552498156

Türkiyədə magistratura təhsili

20/11/2011
No Comments

ÖRNEK ALES  SORULARI

TÜRKİYƏDƏ MAGİSTRATURA

ALES (“AKADEMİK PERSONEL VE LİSANSÜSTÜ EĞİTİME GİRİŞ SINAVI”)

Bu imtahan Türkiyədə ali məktəb müəllim və tədqiqatçılarının, Türkiyədə magistratura və doktorantura təhsili almaq istəyənlərin və  Türkiyədən xaricə göndəriləcək magistr  tələbələrinin seçilməsi üçün keçirilir.

Türkiyədə ali təhsilin magistr və doktorantura pillələrini tezli olaraq (diplom işi yazılaraq – tezisli) qazanmaq istəyən həm türkiyəli həm də xarici ölkə vətəndaşları bu  imtahanda iştirak etməlidirlər. Tezsiz bölümlərin çoxunda ALES tələb olunmur. İmtahana bakalavr və magistr məzunları  ilə son kurs tələbələri müraciət edə bilərlər.                                   .

İmtahan ildə iki dəfə (Yaz- Payız) keçirilir.
ALES İmtahanın nəticəsi 3 il etibarlıdır.

İmtahan test üsulu ilə keçirilir: 2 dəqiq və 2 humanitar bölümdən ibarətdir.
Sayısal (Dəqiq elmlər) – 1 və 2 testlərinin hər biri 40,   Sözel (Humanitar) 1 və 2 testlərinin hər biri 40 sualdır.

Sayısal bölüm riyaziyyat (cəbr+həndəsə) və riyazi məntiq sualları;

Sözəl bölüm Türkçə və humanitar (sözel) məntiq suallarından ibarətdir.
Toplam 160 sualdan seçiləcək ixtisasa görə 120 sual cavablandırılacaqdır.

Məsələn, mühəndislik ixtisasları üzrə magistr oxumaq istəyənlər Sayısal  1, Sayısal 2 və Sözel-1 testlərini cavablayacaqdır.

Son imtahan tarixləri :

Sonbahar Dönemi : 23.11.2014

Müraciət Tarixi: 22.09.2014 – 01.10.2014

 

 ALES-ə müraciət üçün sənədlər: Pasport, şəkil, bilgi formu

Universitetlətə Müraciət üçün lazım olan sənədlər

  • Diplom və ya diplom əvəzi arayış
  • Transkript (diplom əlavəsi)
  • ALES
  • TÖMER
  • Referans Məktubu
  • Pasport, şəkil…

Yuxarıdakı sənədlərlə universitetə müraciət etdikdən sonra  universitet uyğun gördüyü təqdirdə namizədi müsahibəyə (mülakat) dəvət edə bilər.

Müsahibə sualları ümumi dünyagörüşü, gələcək hədəfləri və ixtisas haqqında ümumi suallar şəklində olur.

**********************************************

ALES imtahanına girmədən magistratura təhsili almaq imkanı da vardır. 

ALES-siz tələbə qəbul edən universitetlər əsasən özəl universitetlər  və bir neçə dövlət universitetidir.

Əlavə olaraq, “Özel öğrenci” statusu ilə getmək istəyən tələbələrdən də ALES tələb olunmur. 

 

Əlaqə

Süleyman Rəhimov 186/34
(Azadlıq pros. 55 ) AZ1010
Bakı / Azərbaycan

Tel:    +99412-449 81 56 / +99412 -480 45 68
Mob: +99455 249 81 56
E-mail: [email protected]
Web: www.akademi.az

admin