Almaniyada təhsil haqda ən çox soruşulan suallar və cavablar

 

1.  Alman dili haqqında məlumatım olmadan Almanyaya gedə bilərəmmi və təhsilimə başlamadan əvvəl orada Alman dili öyrənmək kimi bir imkanım varmı ?

Bəli, Almanya və Alman dili haqqında məlumatınız olmadan oraya gedə bilərsiniz və təhsilinizə başlamamışdan əvvəl Almanca dil dərsləri alabilərsiniz. Bu vəziyyətdə, Almanyaya viza müraciətinizin müsbət nəticələnməsi üçün Dil Kursu qeydiyyatı ilə bərabər Ali Təhsil Şərtli Qəbul sənədini də təqdim etməlisiniz. Bu şərtli qəbul sənədini bir mütəxəssisin köməyi olmadan əldə etməyiniz çox çətindir. Müəsissəmiz bu mövzuda sizə lazım olan köməyi edəcək.

2.    Almaniya Universitetləri qəti qəbulunuz üçün 400-800 saatlıq Almanca dil dərsləri tələb edir. Bəs bunun istənilməsinin  səbəbi nədir?

 Almaniya Universitetlərində, ümumiyyətlə , almanca dil tədrisinə yeni başlayan tələbələr üçün “dil tədris kursları “ mövcud deyil. Bir çox ABŞ  dövlətlərində olduğu kimi Almaniya Universitetləri də, xarici vətəndaşların universitetdə təhsil almaq üçün kifayət qədər Alman dili haqqında məlumatı olduğunu fərz edir və bu səbəbdən tələbələrə qəti qeydiyyat verirlər. Yəni ki, əgər almanca  məlumatınız olduğunu sənədləşdirə bilməsəniz universitetə müraciətiniz  qəbul olunmur. Viza almağınız üçün isə qəbul kağızınızın olmağı vacibdir.

-          Almaniyada sadəcə xüsusi dil məktəblərində almanca öyrənə bilər və bunun üçün Səfirliyə Dil Tədrisi vizasına müraciət edə bilərsiniz.

-          Almaniyaya getməmişdən  əvvəl, almanca haqqında az da olsa məlumatınız olmağını məsləhət edirik.

-          Öz ixtisası üzrə təhsilə başlamadan əvvəl hər əcnəbi tələbənin almanca dil imtahanından keçməli (DSH və ya Test DaF) və yüksək təhsil almağı üçün bu imtahandan yüksək nəticələr əldə etməlidir.

3.    Almaniyada təhsil aldığım müddət ərzində işləmə imkanım varmı?

 Bəli, il ərzində 180 yarım gün  və ya 90 tam gün işləməyinizə icazə verilir.

 4. Ali təhsilimi tamamladıqdan sonra Almaniya da qalmaq kimi bir  imkanım varmı?

Nəticə olaraq təhsilinizi başa çatdırdıqdan sonra orada qalmaq icazənizdə başa çatır. Amma, əgər bir il ərzində iş tapabilsəniz, bu iş yerinə bağlı olaraq qalmaq üçün icazə sənədini almağınız mümkündür.

5.    Almanyada magistratura üzrə təhsilini davam etdirə bilərəmmi?

Bəli, əgər ölkənizdə hər hansı bir Universitetdə aldığınız ali təhsilə aid diplomunuz varsa, siz 2 il müddətində istədiyiniz Magistr təhsili üzrə təhsilinizi davam etdirə bilərsiniz. Siz Magistr təhsilini ya məzun olduğunuz ixtisas üzrə, ya da ixtisasınıza uyğun gələn bölmələrdə davam etdirə bilərsiniz. Əslində yüksək ali təhsil programları qazanılan biliklərin təkmilləşdirilməsi üçündür. Bəzi ölkələrdə Magist təhsili üçün qəbul imtahanları keçirilir. Ancaq Almaniyada belə bir imtahana ehtiyac yoxdur. Almaniyada həm almanca, həm də ingiliscə 1000-ə yaxın belə ali təhsil programları mövcuddur. Ətraflı məlumat üçün ITEBS şöbələri ilə əlaqə saxlaya bilərsiniz.

6.    Yüksək ali təhsil programları üzrə ixtisasımı dəyişə bilərəmmi?

 Bu ola bilər. Lakin, yüksək ali təhsil ilkin ali təhsildə qazanılan biliklərə dayadığı üçün ixtisas və ya bölüm dəyişərkən ilkin hazırlıq kurslarından keçmək lazımdır.

7.    Magistr ali təhsil üçün təqaüd ala bilərəmmi?

 Bunun üçün Avropada Yüksək Təhsil təqaüdü proqramları haqqında ITEBS şöbəsinə müraciət edə bilərsiniz.

8.    Təqaüd proqramına müraciət etmək üçün dil sertifikatını haradan ala bilərəm?

 İLdə 3 dəfə Göte İnistitutu tərəfindən keçirilən dil imtahanlarında (ödənişli) iştirak etmək lazımdır. Bundan əlavə DAAD tədris mərkəzlərindən birinə müraciət edib bu sertifikatı ala bilərsiniz.

9.    Almaniyada Magistr ali təhsil ödənişləri nə qədərdir?

 Almaniyada, ümumiyyətlə, təhsil üçün ödəniş haqqı yoxdur. Demək olar ki, hər bir universitetdə hər yarım ilə orta hesabla 500 € məbləğində pul ödəməniz lazım gəlir. Digər xərclər (Kirayə,sağlamlıq haqqında sığorta,ərzaq,kitab və s.) şəhərlərə görə dəyişdiyi üçün 350-750 € arasında nəzərə alınmalıdır.

10.  Almaniyada magistr ali təhsilin müddəti nə qədərdir?

 Bakalavr təhsili 3 il, magistr ali təhsil isə 2 ildir. Doktorantura təhsili isə ixtisasa görə 3 və ya 4 il müddətində davam edə bilər.

 11. Alman Sefirliyinə viza almaq üçün hansı sənədlər təqdim olunmalıdır?

Səfirlik Almaniyay giriş üçün 3 aylıq tələbə vizası təqdim edir. Bu vizanın verilməsində məqsəd arzu olunan universitetə müraciət edib qeydiyyatdan keçməsidir. Bu 3 ay müddətində  Almaniya universitetlərində qeydiyyatdan keçdikdən sonra tələbə vizasına çevrilir. Bu viza üçün təqdim olunan sənədlər :

*Atestat və ali təhsil haqqında diplom, 4 illik universitetə qəbulu barədə sənəd

*Qarantiya sənədi

*Etibarlı pasport

*3 ədəd şəkil

Univerisitet qeydiyyatından sonra alınan viza üçün :

 *Hər hansı  Alman Universitetlərinə qəbul sənədi

*Atestat və ali təhsil haqqında diplom, 4 illik universitetə qəbulu barədə sənəd

*Qarantiya sənədi (Sponsorluq )

*Etibarlı pasport

*3 ədəd şəkil

12.  Garantiya sənədi nədir?

 Garantiya və ya sponsorluq sənədi, tələbənin Almaniyada olduğu müddət ərzində onun ehtiyaclarını qarşılayan adam tərəfindən verilən sənəddir. Bu sənədi sizə yaxın olan hərkəs verə bilər.

 13.  Almaniyada oxuduğum müddət ərzində harada yaşaya bilərəm?

 Burada qala biləcəyiniz həm şəxsi, həm də rəsmi tələbə yatağxanaları var. Qiymətlər 200-300 € arasında dəyişir. Otaqlar tək nəfərlikdir. Şəxsi olaraq kirayə evdə tuta bilərsiniz. Ama sizin üçün bu baha ola bilər (300-500 €) bunu da çox məsləhətli deyil.

14.  Almaniyada hansı məzuniyyət dərəcələri var?

Almaniya universitetlərində yeni qurulan və getdikcə yayılan İngiliscə- Almanca ali təhsil programlarında aşağıdakı dərəcələr verilir :

  1. Undergraduate (B.Sc.): Ali təhsil diplomuna bərabərdir
  2. Graduate (M.A./M.Sc.): Magistr təhsil diplomuna bərabərdir
  3. Post-graduate (Ph.D.): Doktoranturaya bərabərdir

15.  Almaniyada dil təhsili almaq istəsəm dil kursuna nə qədər davam etməm lazımdır? 

 Çox az və ya heç Almanca bilməyənlər Almaniya da dil təhsilini tamamlayıb, irəli səviyyə Alman məlumatını göstərən bir Sertifikat ala bilmək üçün təxminən bir il boyunca dil kursuna davam etməlidirlər. Dil təhsili vizası ilə gedən bu kəslər vizanı daha sonra, universitetdən qəbul etdikləri təqdirdə, şagird vizasını çevirə bilərlər.

16.  Dil Təhsili vizasına  müracət edərkən  Universitet müraciətinin təsdiqi lazımdırmı?

 Bu sənədin (Bewerberbestaetigung) mütləq Alman elçiliyinə təqdim edilməsi lazımdır, əks təqdirdə viza müraciətinin rədd edilmə ehtimalı çox yüksək olacaq. Dil təhsili vizasına müraciət etmədən əvvəl mütləq bizə müraciət edib mövzu haqqında detaylı məlumat alın.

17.  İki illik bir Magistr qazandığım təqdirdə Almaniyada Universitet təhsilinə müraciət edə bilərəmmi?

 İki illik bir magistr təhsil hissəsi qazandığınız təqdirdə Azərbaycanda da bu hissədən məzun olduqdan və diplomunuzu aldıqdan sonra Almaniya da magistr təhsil almaq üçün universitetə müraciət edə bilərsiniz.

18.  Almaniyada təhsil ödənişsizmidir?

 Almaniya da qısa bir müddət əvvəl xərc tətbiqi başladılmışdır. Bəzi ştatlarda dövr başına təxminən 500 Avro xərc ödəmək lazımdır. Oxumaq istədiyiniz universitetdə xərc tətbiqinin olub olmadığını firmamızla əlaqəyə keçərək öyrənə bilərsiniz.

19.  Almaniyada Yüksək təhsilim davam edərkən Almaniyadakı və ya hər hansı bir AB ölkəsindəki digər universitetlərə  keçişim mümkündürmü?

 Bəli, belə bir vəziyyət mümkündür. Ancaq, keçid etmək istədiyiniz universitetin bu mövzuda keçiş şərtləri ola bilər.

20.  Tibb həkimlərin ixtisas təhsili

 Almaniya Federal Respublikasında həkimlik peşəsini icra edə bilmək üçün Federal Həkimlər İdarəsinin 10-cu  maddəsinə görə icazə alınması lazımdır. Bu icazə qanuni olaraq bir xarici həkimin yalnız irəli təhsil və ixtisas təhsili çərçivəsində müstəqil işləməmək şərtilə həkimlik fəaliyyətinə davam etdirə bilməsi üçün nəzərdə tutulmuşdur. Bu məzmunda irəli təhsil (Fortbildung) və ixtisas təhsili (Facharztausbildung) arasındakı fərqə toxunmaq lazımdır.

İxtisas təhsilinin məqsədi, peşə təhsillərini bitirdikdən sonra həkimlərə səlahiyyətli həkimlərin öndərliyində müxtəlif doktorluq sahələrində yeni gələn məlumatları çatdırmaqdır. Bu təhsil bir neçə il davam edən peşə fəaliyyət nəticəsində reallaşmaqda olub, bir Təbib Otağının hüzurunda veriləcək bir mütəxəssis doktorluq imtahanı ilə sona çatmaqdadır.

İnkişaf etməkdə olan bir ölkənin həkiminə peşə işlər aparmaq üçün icazə verilebilmesinin ilk şərti isə peşə təhsilini tamamladıqdan sonra ölkəsində ən az üç illik bir peşə təcrübəsinə sahib olduğunu təsdiq etməsidir. Bunun xaricində müraciət sahibinin ölkəsinin ən yüksək sağlamlıq mövqesindən alacağı və Almaniya Federativ Respublikasında doktorluq təhsilinin xüsusilə arzu edildiyinin göstərildiyi bir sənədi təqdim etməsi lazımdır. Bu sənəddə səbəblər də bildirilmək surətiylə hansı ixtisas üzrə təhsil almaq istediyini bildirməlidir.

İxtisas təhsilinin əksinə irəli təhsillə, daha yaxşı bir peşə  qazanılması və ya ölkənin təcrübələrindən faydalanılması məqsədiylə qayda olaraq bir illik  iş stajı nəzərdə tutulur. İrəli təhsil məqsədiylə iş icazəsi verilməsi üçün həkim olaraq üç illik iş stajının  yanında, ölkə hökumətindən alacağı və Almaniya Federal Cumhuriyetindeki iqamət faydalı olduğunu və həkimin ölkəsinə geri dönəcəyini təsdiq edən rəsmi bir tələbin də təqdim edilməsi lazımdır. Müraciət sahibi yalnız irəli təhsil məqsədi ilə Almaniya Federal Respublikasında yaşamaq istədiyini və Dünya Sağlamlıq Təşkilatının (WHO) və ya Avropa Şurasının təqaüd proqramları çərçivəsində və ya Almaniya Federal Respublikasının büdcəsindəki qaynaqlarla təşviq edilən təqaüd proqramları çərçivəsində Federal Həkimlər İdarəsinin sahəsi içində irəli təhsil görmək istədiyi təqdirdə bu şərtlərdən imtina edilə bilər. İxtisas mövzusunda detallı məlumat almaq üçün bizimlə əlaqə saxlayın.